Qardaş Türkiyədən möhtəşəm addım - Bütün dünya HEYRƏT İÇİNDƏ

Qardaş Türkiyədən möhtəşəm addım - Bütün dünya  HEYRƏT İÇİNDƏ backend

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir. 

 

“Eurasian Times” nəşri xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib.

 

Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X  “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır.

 

Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir.

 

TF-X, əsasən “hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.

 

Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək. (bizim.media)

Diaspora