Ukrayna Prezidenti vurğulayıb ki, rusların təxribatı irimiqyaslı müharibəyə gətirib çıxara bilər.
Qaziler.az bildirir ki, V.Zelenski bunu CNN telekanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, işğal altındakı Krım və Donbasdakı müvəqqəti işğal olunmuş ərazilərdə 30-35 min Rusiya hərbçisi var. Zelenski ehtiyat edir ki, Rusiyanın təxribatları hərbi əməliyyatlara səbəb ola bilər.
"Deməli, bu qədər qoşun varsa, təxribatlar həqiqətən də çox təhlükəlidir. Bir atəş, bir artilleriya atəşi müharibəyə səbəb ola bilər”, - Zelenski bildirib.
Prezidentin sözlərinə görə, buna görə Ukrayna ilə həmsərhəd ölkələr də təhlükə altındadı..