Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ötən şənbə və bazar günləri respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində baş verib.