“VAZ” markalı iki avtomobil toqquşub Bu gün Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Rasim İbişov və Rəvan Həziyev xəstəxanada keçinib.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.