Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi

Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi backend

Mərhumun evi də qarət edlib



Ukraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən olan iş adamı İlham Tağıyev qətlə yetirilib. Lent.az-ın newsmeta.ua istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
İlham Tağıyevin cəsədi ona məxsus “Mersedes” markalı maşından tapılıb.
Məlumata görə, cinayətkarlar onu sərt alətlə öldürüblər. Eyni zamanda ayağı və qabırğaları sındırılıb.
Mərhumun cibindən ona məxsus mənzilin açarını götürən naməlum şəxslər evi qarət ediblər. Mənzildən nə qədər zinət əşyası və pul götürüldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.
Diaspora