Rüfət Səfərovun döyülməsi iddiasına DİN-dən REAKSİYA

Rüfət Səfərovun döyülməsi iddiasına DİN-dən  REAKSİYA backend

Daxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qalmaları barədə iddiaya aydınlıq gətirib.

 

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında bu iddiaları təkzib edib.

 

"Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, xəbərdarlıq olunub ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Təəssüflər olsun ki, bəziləri sürücülərin hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”, - deyə DİN rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, bu gün səhər saatlarında bir neçə TIR sürücüsü paytaxtın Heydər Əliyev prospektində yolu etiraz məqsədilə bağlayıblar. Faktla əlaqədar həmin sürücülərin saxlanıldığı bildirilir.

Diaspora