ABŞ-ın cənubundakı San Dieqo şəhərində iki kiçik təyyarənin havada toqquşması nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Amerika Federal Hava Nəqliyyatı Bürosunun spikeri Yan Qreqor qəzanın iki təyyarənin “Brown Field” hava lımanına enmək üçün yaxınlaşdıqları zaman baş verdiyini deyib. O, dörd nəfərin ölümünə səbəb olan qəza ilə əlaqədar istintaqın açıldığını bildirib.
Kaliforniya Meşə və Yanğından Mühafizə İdarəsi isə təyyarələrə aid hissələrin 400 metrədək ətraf əraziyə yayıldığı və 4 nəfərin cəsədinin tapıldığı barədə məlumat yayıb.