Görkəmli sənətkar Niyazinin xatirəsi anılacaq

Görkəmli sənətkar Niyazinin xatirəsi anılacaq backend

Avqustun 20-də xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı, maestro Niyazinin anadan olmasının 103 illiyi tamam olur.


AZƏRTAC xəbər verir ki, bu münasibətlə avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə sənətkarın mənzil muzeyində tədbir təşkil olunacaq. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyovanın və gənc vokalist Aydan Quliyevanın repertuarında sənətkarın klassik əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək. Həmçinin sənətkar haqda çəkilmiş "Rast. Niyazi" sənədli televiziya filmi nümayiş olunacaq.

Qeyd edək ki, dövlət sifarişi ilə "Debüt" studiyasında çəkilmiş filmin rejissoru Nonna Müzəffərova, ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri isə Eldar Quliyevdir.
Diaspora