Qənirə Paşayeva Türkiyənin tanınmış aydınları ilə görüşüb

Qənirə Paşayeva Türkiyənin tanınmış aydınları ilə görüşüb backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin tanınmış aydınları – şair Nurullah Gənc, mütəsəvvüf-musiqiçi Ömər Tuğrul İnançər və telejurnalist, “MyMecre” proqramının rəhbəri Sərdar Tuncərlə görüşüb.

Qaziler.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyənin qardaşlıq, qonşuluq və strateji müttəfiqliyi fonunda mədəni işbirliyinin mövcud durumu və bu sahədəki böyük perspektivlər haqqında fikir mübadiləsi aparılıb.

2021-ci ilin 15 iyun tarixli “Şuşa Bəyannaməsi”nin artıq hər iki ölkənin parlamentində də qəbul edilməsini vurğulayan Komitə sədri, mədəniyyət sahəsində dərin işbirliyinin Bəyannamənin mühüm istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb.

Görüşdən sonra “MyMecre” proqramına geniş müsahibə verən Q.Paşayeva, Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı, 2022-ci ilinsə “Şuşa İli” elan olunmasını, o cümlədən “Şuşa Bəyannaməsi”nin qəbulunu Şuşanın bütün Türk dünyası üçün önəminə dəlalət etdiyini bildirib. Komitə sədri Şuşanın 2023-cü ildə Türk dünyasının Mədəniyyət paytaxtı fəxri statusunu daşıyacağının da çox anlamlı olduğunu deyib.

Q.Paşayeva “Addım-addım Türkiyə” çoxcilidliyi üzərində işlədiyini, bunun gələn il bayram ediləcək Türkiyə Cümhuriyyətinin 100 illiyinə bir könül töhfəsi olacağını söyləyib.