Növbəti “açıq mikrofon” Tovuzda keçiriləcək

Növbəti “açıq mikrofon” Tovuzda keçiriləcək backend

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Tovuz rayonunda təşkil olunacaq.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin rəhbər şəxsləri Tovuz rayonu, Qovlar qəsəbəsi, Gənclər evində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” fevralın 16-da saat 15:00-dən 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.