Sərhədçilərə Bakıda yeni mənzillər verildi

Sərhədçilərə Bakıda yeni mənzillər verildi backend

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları üçün yeni şəhərcik salınıb. Xətai rayonunda yerləşən yaşayış məntəqədə 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunub. Hərbi qulluqçulara güzəştli ipoteka şərtlərlə verilən mənzillər tam təmir olunub, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilib. Açılış mərasimində çıxış edən DSX-nin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, müstəqilliyin ilk illərində sərhədçilər ağır iş şəraitində yaşamalarına baxmayaraq, vətənin keşiyində dayanıblar.

"Hər bir Azərbaycan sərhədçisi ulu öndər Heydər Əliyevin yaratdığı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ali diqqəti ilə əhatə olunan Dövlət Sərhəd Xidmətində qulluq etməkdən qürur duymaqla yanaşı, dövlətin hərbi qulluqçusuna verdiyi önəmi, özünün, ailəsinin üzərində hiss edir".

Şəhərcikdəki 4 binanın hər irinin zirzəmisində avtomobil dayanacaqları yaradılıb, birinci mərtəbələr iaşə, ticarət, söndürmə-işıqlandırma, suvarma sistemləri ilə təchiz olunub. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib, istirahət guşələri yaradılıb. Sərhədçilər peşə bayramları ərəfəsində yeni mənzillərə köçmələrini sevinclə qarşılayıblar.

"Bu gün bizim üçün ikiqat bayramdır. Həm peşə bayramını qeyd edirik, həm də yeni mənzillərimizin sənədlərini aldıq. Bu şəraiti bizə yaratdığına görə, cənab prezidentə təşəkkür edirik".

"Mən özüm gənc yaşımda ailə qurmuşam. Öz minnətdarlığımı bildirirəm. Bu peşə bayramı ərəfəsində gənc ailə üçün bundan böyük hədiyyə ola bilməzdi".

Mərasim çərçivəsində hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədləri və açarları təqdim olunub sakinlərlə birlikdə yeni mənzillərə baxış keçirib.

Diaspora