Son günlər yayılan qrip epidemiya xarakteri daşımır“- Baş epidemioloq

Son günlər yayılan qrip epidemiya xarakteri daşımır“- Baş epidemioloq backend

“Azərbaycanda insanlar arasında son günlər müşahidə olunan xəstəlik qrip və qripəbənzər xəstəlikdir”.

Bunu Lent.az-a açıqlamasında respublikanın baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev bildirib. Onun sözlərinə görə, bu, epidemiya xarakteri daşımır. Professor vurğulayıb ki, kimdə bu cür xəstəlik müşahidə olunursa, tibb müəssisələrinə və ya sahə həkimlərinə müraciət etsin: “Həkimə müraciət etməyəndə, düzgün müalicə olunmayanda xəstəlik uzun müddət davam edə bilir”.

Respublikanın baş epidemioloqu vurğulayıb ki, qripə yoluxan şəxslər istifadə etdiyi əşyaları dezinfeksiya etməlidir: “Onlar başqalarını yoluxdurmamaq üçün ağızlarını bağlamalıdırlar”.
İ. Ağayev onu da təəssüflə vurğulayıb ki, Azərbaycanda vətəndaşların böyük əksəriyyəti həkimə müraciət etmədən, ev şəraitində özü-özünü müalicə edir. “Yaxşı olar ki, vətəndaşlar daha çox meyvə-tərəvəz qəbul etsinlər”.
Baş epidemioloq bildirib ki, tibb müəssisələrində yoluxucu xəstəliklərin müalicəsi üçün hər cür şərait var: “Bu cür xəstəliyə ən tez yoluxanlar uşaqlar, yaşlı insanlar və digər xəstəliyi olan insanlardır”.
Diaspora