Ağsu rayonunun cənub istiqamətindəki 30 kilometrlik Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolu yenidən qurulacaq
.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu yoldan 6 min nəfərdən çox əhalisi olan 5 kəndin sakinləri istifadə edirlər.
Kənd avtomobil yolunun yenidən qurulması prosesində Yuxari Şirvan kanalının Ağsu qolu üzərindəki körpü, eləcə də digər bir neçə körpü də təzələnəcək.
Qeyd edək ki, Ağsu rayonunda son illər yol infrastrukturunun yenidən qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Ağsu-Kürdəmir, Ağsu-Çaparlı-Bağırlı, Ağsu-Ülgüc yollarının yenidən qurulması sakinlərin rahatlığında, habelə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edir.