MSK Şirvanda treninq keçirib

MSK Şirvanda treninq keçirib backend

MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi ilə əlaqədar növbəti treninq Şirvanda davam edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə 32 dairə seçki komissiyasının məsul şəxsləri iştirak edib. Şirvan Mədəniyyət Evində keçirilən tədbirin açılışında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Qabil Orucov və Avropa İttifaqının seçkilər üzrə eksperti qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışıblar. Sonra beynəlxalq ekspert və MSK üzvü tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində həmçinin, namizədlərin qeydiyyatı proseduru ilə bağlı video klip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulub. Bakı şəhərində avqustun 14-dən start götürən treninqlər Şirvandan sonra Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək.

">
Diaspora