BDU-ya yeni mətbuat katibi təyin olunub

BDU-ya yeni mətbuat katibi təyin olunub backend

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə yeni müdir - mətbuat katibi təyin olunub.

Qaziler.az xəbər verir ki, bu vəzifəyə tanınmış jurnalist Kəmalə Quliyeva təyinat alıb.

O, "Report"a açıqlamasında yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, K.Quliyeva əvvəllər bir sıra mətbuat orqanlarında fəaliyyət göstərib.