Ümümdünya Səhiyyə Təşkilatı Habil Əliyevin həkim qızını mükafatlandırdı - FOTO

Ümümdünya Səhiyyə Təşkilatı Habil Əliyevin həkim qızını mükafatlandırdı -  FOTO backend

“Bu gün bizi qalib olduğumuz üçün toplantıya dəvət etdilər. Respublika üzrə Ümumdünya Səhiyyə Təşkilatının səhiyyə işçilərinin tibbi davamlı təhsili ilə bağlı ən fəal, yüksək səviyyədə iştirak edən müəssisələr içərisində 20 müəssisədən biri də biz olduq. Bu mənim üçün çox böyük nailiyyətdir. Bizim səhiyyə işçilərimiz, istər tibb bacıları, istərsə də həkimlər bu mövzu ilə bağlı çox aktiv şəkildə iştirak edirlər. Bunun da bizə Covid-19 xəstəliyi ilə bağlı çox böyük əhəmiyyəti var”.

 

Bunu Moderator.az-a bu gün ÜST tərəfindən mükafatlandırılan xalq artisti Habil Əliyevin həkim qızı Vəfa Əliyeva deyib. 

Vəfa Əliyeva öz sənətindən sui-istifadə edən, səriştəsiz həkimlərdən də danışıb.

 

“Bu gün öz sahəsində oturub, öz sahəsinin dəyərini bilməyən həkimlərimiz, tibb işçilərimiz çoxdur. Mən düşünürəm ki, əgər bir sahəyə yiyələnirsənsə onu vicdanla, dövlətinə, xalqına sədaqətlə icra etmək lazımdır. Şəxsən mənim amalım, düşüncəm fərqlidir. Mən öz sənətimi çox sevirəm, xalqımın sağlamlığının keşiyində durmağı özümə şərəf bilirəm və bu yolda çalışıram ki, əlimdən gələni edim. Bu mənim həyatda ilk və son amalımdır. Daim çalışırıq ki, işlədiyim poliklinikanın ərazisində yaşayan əhaliyə çox yüksək səviyyədə xidmət göstərim. Müəssisəmdə işləyən tibb işçilərinə də gecə-gündüz mən bunu söyləyirəm və aşılayıram ki, xalqa, insanlara xidmətin ən yüksəyini göstərməliyik” deyə Vəfa Əliyeva bildirib.

 

Qeyd edək ki, Vəfa Əliyeva 22 saylı uşaq poliklinikasının baş həkimidir.