Azərbaycanda Ərdoğan adı verilən körpələr artıb

Azərbaycanda Ərdoğan adı verilən körpələr artıb backend

Son 5 ildə Azərbaycanda yeni doğulan 15 körpəyə Ərdoğan adı verilib.

Modern.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2018-ci ildə 2, 2019-cu ildə 1, 2020-ci ildə isə 5 uşağa valideynləri Ərdoğan adı qoyublar.

2020-ci ilin payızında aparılan 44 günlük Vətən müharibəsində Türkiyə Prezidentinin Azərbaycana hərtərəfli dəstəyi Ərdoğanın ölkəmizdə daha da populyarlaşmasına səbəb olub.

Elə bunun nəticəsidir ki, 2021-ci ildə 7 azərbaycanlı körpə valideynləri tərəfindən Ərdoğan adlandırılıb.