Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, iki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb:
"Həmin yüksək qoruyuculuğu davam etdirmək istəyənlər "buster" dozanı qəbul etməklə həyatlarını sığortalamış olacaqlar. Növbəti dozaların aralarındakı fərq 6 ay və ya ildə bir dəfə vurulması epidemioloji vəziyyətdən asılı olacaq. Pandemiya bitsə, peyvəndlərin vurulması bir ildən-bir ola bilər".