QHT rəhbərləri hərbi sirlərdən danışdı

QHT rəhbərləri hərbi sirlərdən danışdı backend

QAZILER.AZ saytı xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirib.



Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihənin əsas məqsədi KİV-də və vətəndaşlar arasında milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə maarifləndirmə işinin təşkil olunmasıdır.

S.Vəkilovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində www.muvekkil.az saytında milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı qanunvericilik bazası yaradılıb. Bazaya daxil olan qanunlar haqqında onların əsas müddəalarını əks etdirən xülasələr hazırlanıb.
Eyni zamanda müxtəlif eksperlərin məqalələri toplanaraq bazaya yerləşdirilib. Bundan başqa milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı xəbərlər də bazaya daxil edilib.

Layihənin təqdimatından sonra mövzü ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədr müavini Ramil Əzizov bildirib ki, gələcəkdə maarifləndirmə üzrə fəaliyyət regionlarda inkişaf etdirilməlidir. Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu Qarabağ müharibəsi zamanı hər hansı kəşfiyyat məlumatını əldə etmək üçün 7-8 kəşfiyyatçının günlərlə fəaliyyət göstərdiyini bildirdi. İndi isə, biz həmin kəşfiyyat məlumatlarını düşmənə sosial şəbəkələrin köməkliyi ilə ötürürük.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın fikrincə, bu istiqamətdə güclü təbliğat aparılmalıdır ki, vətəndaşlar məsələnin ciddiliyini başa düşün. Əsasən də bu təbliğat orta məktəbdən başlamalıdır.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin gələcəkdə inkişaf edərərk bu sahə ilə bağlı xüsusi Mərkəzin yaradılması zərurətindən danışdı.

Hüquqşünas Əkbər Bağırov jurnalistikada ixtisaslaşma labudlüyünü qeyd edərək, bu baxımdan hərbi jurnalistikanın inkişafı ilə bu sahədə problemlərin aradan qaldırılmasının mümkünlüyünü qeyd etdi.

Tədbir iştirakçılarından İnqilab Şirinbəyli, Gülər Qasımova, Tokay Bayramov, Mübariz Priyev, Səbinə Novruzzadə, Əli Fərhadov, Samir Pənaliyev, Aysəba Mirzəyeva mövzü ilə bağlı təkliflərlə çıxış etdilər.

Bu təkliflər sırasında sosial çarx çəkilişi, orta məktəblərdə maarifləndirmə işinin təşklii, qanunların sərtləşdirilməsi və işlək mexanizmə çevrilməsi, TV-lərin bi istiqamətdə fəaliyyətinin genişləndirilməsi və digər fikirlər səsləndi.