Dövlət Komitəsinin ləğv edilməsinə martın 13-dək baxılacaq

Dövlət Komitəsinin ləğv edilməsinə martın 13-dək baxılacaq backend

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi məsələlərinə baxılacağı vaxt açıqlanıb.

“APA-Economics”in məlumatına görə, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli sərəncamı ilə yaradılan ləğvetmə komissiyası debitorların və kreditorların nəzərinə çatdırır ki, ləğvetmə ilə əlaqədar məsələlərlə bağlı müraciətlərə martın 13-dək baxılacaq.

Ləğvetmə komissiyası Bakının Şəfayət Mehdiyev küçəsi 93a ünvanında yerləşir.
Diaspora