Nazir erməniyə qalib gələn dünya çempionunun rütbəsini artırdı - FOTO

Nazir erməniyə qalib gələn dünya çempionunun rütbəsini artırdı -  FOTO backend

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dünya çempionunun rütbəsini və vəzifəsini artırıb.

Qaziler.az Manset.az-a istinadla xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin baş çavuşu Orxan Mehdiyevə leytenant rütbəsi verilib. Həmçinin o, növbə rəisi təyin edilib.

Qeyd edək ki, Orxan Mehdiyev Kung-fu Sanda üzrə dünya çempionudur. O, 2016-cı ildə Avropa Çempionatında erməni idmançıya qalib gəlib.

Diaspora