Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Şamaxı rayonu, Zarat Xeybəri kəndində keçiriləcək.
Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, sosial problemlərin kompleks həllinə nail olmaq məqsədilə aksiya "Azərişıq" ASC ilə birgə təşkil olunacaq.
Fevralın 8-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.