Mübariz İbrahimovun anası: "Bütün əsgərlər mənim balamdı"

Mübariz İbrahimovun anası: "Bütün əsgərlər mənim balamdı" backend

"Bütün əsgərlər mənim balamdı və hər gün əsgərlərimiz üçün dua edirəm".

Bunu "Report"a Mili Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova bildirib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra qazilər, müharibə iştirakçıları və şəhid ailələri Mübariz İbrahimovun ev muzeyini tez-tez ziyarət edirlər:

"Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm. Hələ Vətən müharibəsi başlayanda Allaha yalvarırdım ki, bütün əsgərlər evinə sağ-salamat qayıtsınlar".

Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Bu münasibətlə Qəhrəmanının ev muzeyi ziyarət edilir.