Azərbaycanda Bazar gününə olan HAVA PROQNOZU açıqlandı

Azərbaycanda Bazar gününə olan HAVA PROQNOZU açıqlandı backend

Avqustun 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin Bakı dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub şərq küləyi axşam şərq küləyi ilə əvəz olunacaq. Səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Yarımadada havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə, Bakıda gecə 24-26, gündüz 35-37 olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında gecə 20-25, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Diaspora