“Sevən qəlbin fəryadı” kitabının təqdimatı - FOTO

“Sevən qəlbin fəryadı” kitabının təqdimatı -  FOTO backend

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Libraff Kitab Mərkəzinin dəstəyi ilə Vətən müharibəsi şəhidi Fariz Həsənovun xatirəsinə həsr edilən “Sevən qəlbin fəryadı” kitabının təqdimatı keçirilib.

Qaziler.az bildirir ki, şəhidimizin həyat və döyüş yolu onun ömür-gün yoldaşı ƏzizəHəsənova tərəfindən qələmə alınıb. Bu il Odlar Yurdu Universitetinin tələbəsi adını qazanan Əzizə xanım şəhidliyin uca məqamını əbədiləşdirərək şəhid xanımı obrazını cəsarət və ləyaqət simvolu kimi canlandırıb.

Təqdimatda ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, KİV nümayəndələri və tələbə gənclər iştirak edib.

Tədbirdə şəhidin xatirəsinə həsr olunan qısa video nümaiş olunub.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bu cür əsərlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd edib.

Diaspora