Kəlbəcərə gedən avtomobillərimiz daha yoxlanılmayacaq - Rey Kərimoğlu

Kəlbəcərə gedən avtomobillərimiz daha yoxlanılmayacaq -  Rey Kərimoğlu backend

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Kəlbəcərə gedən Azərbaycan avtomobillərinin daha yoxlanılmayacağını bildirib.

Qaziler.az xəbər verir ki, o bu barədə şəxsi feysbuk səhifəsində qeyd edib.

Həmin paylaşımı təqdim edirik:

"Əziz dostlar! Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni speratçısı da olub. Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz veriblər.

Ümid edirəm ki, belə hal bir daha təkrarlanmayacaq! Qarabağ Azərbaycandır!"