Talıbova həsr olunmuş "Vasifnamə" lağa qoyuldu - FOTO

Talıbova həsr olunmuş "Vasifnamə" lağa qoyuldu - FOTO backend

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova ithaf olunmuş şeir sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli paylaşım edib.

O bildirib ki, V.Talıbovun oğlu Seymur Talıbovun İnstaqram səhifəsindən götürülən şeirin müəllifi Məlahət Quliyevadır.

"Vasifnamə"də Naxçıvanda xanlıqdan şahlığa qədər gedən inkişaf yolundan, "Xan"ın bir çox hünərindən, ruzisini xalqla bölməsindən, göylərə ucalmasından danışılır, ara-sıra Talıbovların biznesi də vəsf olunur”, - deyə C.Həsənli qeyd edib.

Vəsfi Vasif - Xani Naxçıvan

Vasif Talıbov Naxçıvanın xanı,

Gözəl qurub, yaradıb Naxçıvanı.

Naxçıvanda çox sevir onu hamı,

Vasif Talıbov Naxçıvanın xanı.

Çox gözəllik yaratdı Naxçıvanda

Xalq gözəl yaşasın, doğma məkanda.

Xoş olsun günləri hər bir zamanda,

Vasif bəy də xan olsun Naxçıvanda.

Yaratdı şəhərdə çox gözəlliklər,

Xoşbəxt yaşasın orda gənclər.

Vasif bəydə var hələ böyük hünər,

Naxçıvan xalqı da onu çox sevər.

Hər zaman xalqının dayağı olur,

Hər bir insanın da qeydinə qalır.

Onun qəlbi xalqla, millətlə vurur,

Naxçıvan xalqı onla qürur duyur.

Naxçıvan bəzənib başdan, başa,

Hər bir yaraşığı min bir tamaşa.

Vasif bəy Talıbov səni min yaşa,

Adın da çəkilir İlhamla qoşa.

Doğmadır, əzizdir hər an Naxçıvan,

Vasif bəy ucalır göyə hər zaman...

Naxçıvan xalqı çox razıdı ondan.

Allah sizi qorusun gözəl insan.

Şəhid ailələrinə dayaq durur,

Hər zaman onların yanında olur,.

Ruzisin onlarla tən yarı bölür,

Ağlıyanla ağlar, gülənlə gülür.

Hər kəsin dərdinə o şərik olur,

Çətin gündə xalqla bərabər olur.

Xalq üçün yaşayır, xalq üçün qurur,,

Ən çətin günlərə o sinə gərir.

Vətənə sevgisi hey aşıb, daşır,

Gözəllik Naxçıvana çox yaraşır.

Dağları, düzləri çox gözəlləşir,

Gələn qonaqları da doğmalaşır.

Dərdlərə dərman Naxçıvan sirabı,

Yayılıb dünyaya gözəl sorağı.

Hər yandan gəlir onun qonağı.

Hər zaman var olsun Vasif xanı.

Gözəldir Batabatın sehrəngahı,

Əlincə qalasının düzəngahı.

Aşabi Kəyfin də ziyarətgahı.

Allah səni qorusun Naxçıvan şahı.

Düz dağı dərmandı hər bir insana,

Şəfaya ümid edib dərdi olana.

İnamla yanaşır ehtiyacı olana,

Qocaya, yaşlıya, həm də cavana.

Diaspora