Qazimiz vəfat etdi

Qazimiz vəfat etdi backend

Vətən Müharibəsi qazisi İlqar Vaqif oğlu Məmişov xərçəng xəstəliyindən vəfat edib.

Qaziler.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, qazimiz 1 ildən artıq müddət ərzində xərçəng xəstəliyi ilə mübarizə aparıb.

Xatırladaq ki, İlqar Məmişov 44 günlük Vətən müharibəsinə könüllü olaraq yollanmış və Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdı.

Qazimiz ailəli idi, bir övladı yadigar qalıb.

Allah rəhmət eləsin.