Bu gün Azərbaycanımızın dəyərli oğlu, ilk hərbi diktorumuz, vətənpərvərlik mahnılarının tanınmış və əvəzsiz ifaçısı Şəmistan Əlizamanlının doğum günüdür.
Qaziler.az xəbər verir ki, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov Şəmistan Əlizamanlıya təbrik məktubu yazıb.
Məktubda deyilir:
“Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
İllərdir oxuduğunuz Vətən sevgisiylə dolu mahnılar gənc nəslin vətənpərvər ruhda formalaşmasında, hərb sahəsinə marağın artmasında mühüm rol oynayır. İfalarınız cəsur Azərbaycan əsgərlərinin dilində əzbərdir.
Doğum gününüzü bir daha səmimi-qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzu edirəm”.
