Şimal regionunun ən böyük tibb müəssisəsi Qubada inşa olunur

Şimal regionunun ən böyük tibb müəssisəsi Qubada inşa olunur backend

Qubada şimal regionunun ən böyük tibb müəssisəsi inşa olunur.



AZƏRTAC xəbər verir ki, 3,88 hektar ərazini əhatə edən Quba Rayon Mərkəzi Xəstəxanası biri əsas olmaqla, ümumilikdə 4 korpusdan və yardımçı binalardan ibarət olacaq. Artıq xəstəxana binasının özülünün qazılması yekunlaşdırılıb və ərazidə hidroizolyasiya işləri aparılır. 220 çarpayılıq tibb müəssisəsinin tikinti sahəsi 6 min 880 kvadratmetrdir.

Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər, patoloji anatomiya, mətbəx-camaşırxana, qazanxana korpusları, eləcə də oksigen, su nasos stansiyaları, elektrik yarımstansiyası, texniki xidmət binası və avtomobil dayanacaqları fəaliyyət göstərəcək. Bununla yanaşı, layihəyə əsasən xəstəxananın damında helikopterin enməsi üçün xüsusi meydançanın qurulması da nəzərdə tutulub. Tikintisi başa çatdıqdan sonra istilik, havalandırma, siqnalizasiya sistemləri ilə təmin olunacaq xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2013-cü il 23 sentyabr tarixli Sərəncamına əsasən, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə ilkin olaraq iki milyon manat ayrılıb.
Diaspora