Xaçmaz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
Qaziler.az Report-a istinadla xəbər verir ki, icra başçısının müvafiq sərəncamı ilə Oruclu Anar Absətdər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Oruclu Anar Absətdər oğlu 1974-cü ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olub. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. Bu təyinatadək Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Cəlilabad Rayon İcra Hakimiyyətində də yeni kadr təyinatı olub.
İcra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şükürov Nazim Səyyadxan oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.
Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.