Bakının parklanma üzrə Baş Planı hazırlanıb və tariflər müəyyənləşib

Bakının parklanma üzrə Baş Planı hazırlanıb və  tariflər müəyyənləşib backend

"Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb".

Qaziler.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə tariflər müəyyənləşdirilib:

“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, - deyə o bildirib.