Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb

Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb backend

Avqustun 14-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 75 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik baş verməyib. Bu məntəqədə su sərfi saniyədə 12,5 kubmetr təşkil edib.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 333, Şirvanda 181, Salyanda 97, Bankədə 165, Novruzlu məntəqəsində isə 48 santimetrdir.
Diaspora