Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək.

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək. backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 14-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz saatlarında bəzi rayonlarda yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Diaspora