27 ildən sonra evinə döndü, muğam oxudu - VİDEO

27 ildən sonra evinə döndü, muğam oxudu - VİDEO backend

Sosial şəbəkələrdə işğaldan azad olunan evinə dönən bir gəncin muğam oxuması günün trendində çevirilib.

 

Qaynarinfo-nun məlumatına görə, sözügedən video muğam ifaçısı Malik Həsənova məxsusdur.

 

Malik Həsənov sosial media hesabında videonu paylaşıb və bu sözləri yazıb: 

 

"Doğma kəndim Şurtan! Bu evdə doğulub, 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sanki təzədən uşaqlaşırsan".

 

Qeyd edək ki, Şurtan kəndi işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisindədir.