Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı

Eyvazov rəisi nöqsanlara görə işdən çıxardı backend

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qaziler.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə aparılan xidməti yoxlama nəticəsində bir neçə polis zabitinə də töhmət verilib.

Diaspora