“Emirates“ dünyanın ən uzaq məsafəli fasiləsiz aviareysini açır

“Emirates“ dünyanın ən uzaq məsafəli fasiləsiz aviareysini açır backend

Nəhəng aviaşirkətlərdən olan "Emirates" hava yolları Dubay-Panama arasında dünyanın ən uzaq məsafəli fasiləsiz aviareysini açmağa hazırlaşır.

AZƏRTAC “travel.ru” saytına istinadən xəbər verir ki, 17 saat 35 dəqiqə müddətində olacaq uçuşlar 2016-cı il fevralın 1-dən həyata keçiriləcək. Şirkət uçuşlar üçün “Boeing” 777-200 LR markalı təyyarələrdən istifadə edəcək.

Qeyd edək ki, Panama Mərkəzi Amerikadakı ilk istiqamət olacaq.
Diaspora