Milli Məclisin Komitəsi qanunların icrasına nəzarəti artırıb – Payız sessiyasında hansı işlər görülüb?

Milli Məclisin Komitəsi qanunların icrasına nəzarəti artırıb –  Payız sessiyasında hansı işlər görülüb? backend

“2021-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin keçirilmiş 10 iclasında 14 məsələyə baxılılıb”.

Bu barədə sözügedən Komitənin illik fəaliyyətinə dair hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, payız sessiyası zamanı 2 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi isə bir oxunuşda müzakirə olunaraq Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Sessiya dövründə 2022-ci ilin dövlət büdcəsi Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət və Regional məsələlər komitələri ilə birgə aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə üç oxunuşda müzakirə edilib. Hesabatda daha sonra bildirilir ki, Komitə iclaslarında ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə, əhalinin icmali su ilə təminatı, çirkab suların təmizlənməsi, tullantıların idarə olunması, təhlükəli tullantıların emalı və məhv edilməsi, Xəzər dənizinə axıdılan çirkab suların qarşısının alınması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.

“Payız sessiyasında vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 198 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılaraq tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb və qanun çərçivəsində həllinə nail olunub”, - sənəddə vurğulanır.

Bundan başqa sənəddə komitə sədri və üzvlərinin 44 günlük Vətən Müharibəsinin şəhidləri olan qəhrəmanlarımızın anım mərasimlərində iştirak etməsi, şəhid ailələri və qazilərlə görüşləri, onların problemləri ilə yaxından maraqlanması da əskini tapıb. Komitədən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq günəş, külək, biokütlə, termal, giotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədi ilə həmçinin su anbarlarında, göllərdə, kiçik çalylarda su elektrik stansiyalarının tikilməsi və s. məslələrlə dair görülən işlərlə bağlı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Hesabatda maraqlı məqamlardan bir də odur ki, Komitə polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablarla bağlı qanunvericilik normasının icra vəziyyəti ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ictimai iaşə obyektlərinin nümayəndələri, sahibkarlıq subyektləri və sahibkarlarla aparılmış işlərə dair məlumatlandırılıb. Komitədən aidiyyatı qurumların fəaliyyətinin daha da sıx koordinasiya edilməsi və intensivləşdirlməsi tövsiyə edilib. Bununla yanaşı qadağan olunmuş məmulatların məhv edilməs ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən “plasmas stəkanlar” adlı mallar dövlətin xeyrinə imtina edilərək rəsmiləşdirilməsi, bir halda “polietilen torbalar” adlı malların məhv edilməsi ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi məlumatlandırılıb və bu quruma aparılmış işlərin davamlılığı tövsiyə edilib.

Hesabatın sonunda qeyd olunur ki, sessiya dövründə Komitə sədri işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyəti ilə bağlı KİV-lərdə açıqlamalar və məqalələrlə çıxış edib.

“Komitədə təmsil olunan deputatlar sessiya dönəmində, Komitə iclaslarında və plenar iclaslarda fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb, KİV-də dövlət siyasətinə uyğun olaraq çıxışlar edib, həmçinin Milli Məclisin rəhbərliyi ilə birlikdə xarici ölkələrdə layiqincə təmsil olunublar”, - deyə sənəddə vurğulanır.

“AzPolitika.info”

Diaspora