"Aztelekom" və "Baktelekom" birləşdiriləcək - RƏSMİ

"Aztelekom" və "Baktelekom" birləşdiriləcək -  RƏSMİ backend

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lər yaxın günlərdə birləşdiriləcək.

Qaziler.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

"Biz keçən il nazirliyə məxsus "Azərmarka" MMC-ni ləğv edib, "Azərpoçt" MMC-yə birləşdirdik. Bu birləşmə həmin sahədə səmərəli fəaliyyətə şərait yaradacaq. Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom" MMC-nin birləşdirilməsi də oxşar, yaxın funksiyalar yerinə yetirən qurumların bir qurum kimi fəaliyyət göstərməsinə şərait yaradacaq", - o deyib.

Report.az

Diaspora