Azərbaycanda müvəqqəti qeydiyyat ləğv edildi - DİN-dən açıqlama

Azərbaycanda müvəqqəti qeydiyyat ləğv edildi -  DİN-dən açıqlama backend

Ölkə ərazisində yaşayan vətəndaşların polis orqanlarında müvəqqəti qeydiyyatının ləğv edilməsinin səbəbləri açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır.

"Qeydiyyatda olan şəxslər barədə hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə-boşanma və ya digər məsələlərlə bağlı polis orqanlarına sorğular daxil olanda bəzi neqativ hallar müşahidə olunurdu. Bununla bağlı müvəqqəti qeydiyyatda olan şəxsləri lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin məqsədi bu cür neqativ halların qarşısının alınması, bu istiqamətdə nizam-intizamın yaradılmasıdır.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis orqanına müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər", - deyə E. Hacıyev bildirib.

Diaspora