“Müşfiqi ağıllı oğlan kimi tanıyıram, bilmirəm niyə...” - Bəşirqızıdan KVN-çilərə SƏRT ETİRAZ

“Müşfiqi ağıllı oğlan kimi tanıyıram, bilmirəm niyə...” -  Bəşirqızıdan KVN-çilərə SƏRT ETİRAZ backend

Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını "Buta” ilə əvəzləyib.

Qaziler.az xəbər verir ki, bu barədə açıqlama verən xalq artisti Afaq Bəşirqızı KVN-çilərin bu addımını böyük səhv adlandırıb:

“Mən oradakı vəziyyətdən xəbərsizəm.Şuşa adının dəyişdirilməsinə birmənalı şəkildə qəti etiraz edirəm. Amma maraqlıdır hansı şəraitdə bu belə oldu. Niyə Şuşa adı birdən-birə Buta oldu? Həmin festivalı yarımçıq qoyub, gəlmək də olardı.Əgər deyildiyi kimi hansısa erməni təşkilatçıya görə bu adı dəyişməkdənsə, yarışmanı tərk etmək lazım idi. Ümumiyyətlə təşkilatçının belə addım atması hüquqi cəhətdən də doğru deyil. Şuşa mənim doğma torpağımdır. Öz şəhərimin adını qoymuşam. Mən niyə hansısa gic erməniyə görə bu adı dəyişməliyəm? Müşfiqi ağıllı oğlan kimi tanıyıram.Bilmirəm niyə bununla razı olub.Bu böyük bir səhv oldu.Heç olmasa ölkəmizə, müəyyən qurumlara məlumat verəydi.Dəhşətdir!Bundan sonra hansı erməninin qabağını almaq olar?  Adın dəyişilməyini istəyən erməni qələt edir, başını daşa döyür. Apar-gətir işinə baxan bir erməni sənə desin ki, Şuşa adını dəyiş, niyə?Əksinə ona dağ qoymalıydılar.Olmasaydı da qayıdıb gəlməliydilər.Xalqımız da bilərdi ki, bu səbəbə görə festivalı tərk ediblər”./Manşet.az

loading...
Diaspora