Şəkidə 100 hektardan çox sahə yandı

Şəkidə 100 hektardan çox sahə yandı backend

Şəkidə 100 hektardan çox sahə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 13-ü günorta saatlarından başlayaraq rayonun Aşağı Küngüt və Aşağı Kəldək kəndlərinin inzibati ərazisində biçilmiş taxıl və kol-kos sahələrində yanğın baş verib.

Yanğın miqyasının böyüklüyünü nəzərə alaraq yanğın baş verən əraziyə FHN-nin Şəki rayon DYMH-dən 3, Oğuz rayon DYMH-dən 2, Qəbələ rayon DYMH-dən 1, Qax rayon DYMH-dən 1 və Mingəçevir şəhər DYMH-dən 1 yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.

Avqustun 13-ü axşam saat 22 radələrində yanğının qarşısı tam alınıb. Yanğın nəticəsində 100 hektardan çox ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və yol kənarındakı ağaclar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
Diaspora