Bağlı qalmış 8 cinayət işi açılıb

Bağlı qalmış 8 cinayət işi açılıb backend

Bağlı qalmış 8 cinayət işinin açılması təmin edilmişdir.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

"Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq,daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılmış və birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub.

Bu istiqamətdə fəaliyyət davam etdirilir" - deyə Kamran Əliyev bildirib.

Diaspora