Türkiyə və ABŞ F35-lərlə bağlı danışıqlar aparacaq

Türkiyə və ABŞ F35-lərlə bağlı danışıqlar aparacaq backend

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara və Vaşinqton F-35 qırıcılarının tədarükü ilə bağlı yanvarın sonu - fevralın əvvəlində danışıqlar aparacaq.

“F-35-ə gəlincə, soruşduq ki, biz bu qədər töhfə verdik, bunu necə kompensasiya edəcəyik? ABŞ tərəfi bizi anladığını bildirdi. Yanvarın sonu – fevralın əvvəllərində görüş barədə raılaşdıq. Nümyaəndə heyətimiz ora yollanacaq. Türkiyəyə göndərilməli olan 6 ədəd F-35 anqardadır. Onların aqibətinin necə olacağını müzakirə edəcəyik”, - deyə nazir Türkiyənin “Milliyet” qəzetinə açıqlamısında qeyd edib.

O, həmçinin F-16 qırıcıları üzrə tərəflər arasındakı danışıqların da uğurla getdiyini əlavə edib.//Oxu.az

loading...
Diaspora