Gözəllik salonlarında xanımlara narkotik təklif olunur?

Gözəllik salonlarında xanımlara narkotik təklif olunur? backend

Gözəllik salonlarında narkotik vasitələrin satışı ilə bağlı daxil olan məlumatların heç biri öz təsdiqini tapmayıb.

Qaziler.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, daxil olan məlumatlar əsasında əməliyyat tədbirləri həyata keçirilib:

“Hər hansı gözəllik salonunda xanımlara narkotik vasitələrin təklif olunması ilə bağlı bu günə qədər məlumat yoxdur. Hələ ki, bu fakta rast gəlinməyib. Daxil olan məlumatlar mütəmadi yoxlanılır”.

Eyni zamanda, ölkə daxilində narkotik vasitə hazırlanan laboratoriyaların olduğuna dair iddiaların da yayıldığını deyən A.Qafarov bunun da həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:

“Ötən il məlumat yayılmışdı ki, xaricdən gəlib burada narkotik istehsal edirlər. Araşdırmalar aparıldı və bu kimi məlumatların həqiqəti əks etdirmədiyi sübuta yetirildi”.

Diaspora