KVN-in "Şuşa"nı "Buta"ya dəyişməsinin səbəbi - VİDEO

KVN-in "Şuşa"nı "Buta"ya dəyişməsinin səbəbi - VİDEO backend

Birinci turdan sonra iclas oldu, iclasda redaktorlardan biri hansı komandaların ikinci turda iştirak edəcəyini dedi. O bildirdi ki, “Şuşa” komandası yalnız adını dəyişdikdən sonra iştirak edə bilər.

Qaziler.az Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil komandanın rəhbəri Müşfiq Abbasov deyib.

Onun sözlərinə görə, bununla bağlı həmin redaktora Ruben (Jaqinyan) adlı şəxs deyib. Sözügedən şəxs isə milliyətcə erməni olub.

Qeyd edək ki, komandanın adı dəyişdirilərək “Buta” ilə əvəzlənib.

Ətraflı videoda:

Diaspora