Ötən il 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb - DSMF

Ötən il 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb -  DSMF backend

2021-ci ildə 18 min nəfərin pensiyasında əskik ödəmə aşkarlanıb.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

O qeyd edib ki, bu məbləğ aylıq 500 min manatdan çox, illik 6 milyon manata yaxın məbləğdir.

"Vətəndaşın məlumatı olmadan belə onun pensiyası yenidən hesablanaraq şəxsin müvafiq kart hesabına köçürülüb. Həmin şəxs vəfat etmiş olsa belə əskik yenidən hesablamadan sonra sözügedən məbləğ onun vərəsələrinə ödənilir", - deyə o bildirib.

loading...
Diaspora