İsveçrədə şagirlərə 20 Yanvar faciəsindən bəhs olunub

İsveçrədə şagirlərə 20 Yanvar faciəsindən bəhs olunub backend

İsveçrədəki “Qarabağ” məktəbinin şagirdlərinə 20 Yanvar faciəsindən danışılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin növbəti dərsinin mövzusu 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümünə həsr olunub.

Onlayn formatda keçirilən dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin müəllimi, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi əsasında  fövqəladə vəziyyət elan edilmədən, beynəlxalq hüquq normalarına zidd olaraq Bakıya sovet qoşunlarının yeridilməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, xüsusi amansızlıqla və qəddarlıqla törədilən qanlı cinayət zamanı milliyətindən, yaşından və cinsindən asılı olmayaraq dinc əhali atəşə tutulub, 146 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilib. SSRİ rəhbərliyinin yarıtmaz, ermənipərəst və qorxunc
mövqeyinin xalqımızın azadlıq, müstəqillik ruhunu boğa bilmədiyi, proseslərin 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi ilə nəticələndiyi nəzərə çatdırılıb.

Dərs məktəblilərin suallarının cavablandırılması ilə yekunlaşıb.

loading...
Diaspora