Bakı metrosunda sərnişinlər qatardan düşürüldü - AÇIQLAMA

Bakı metrosunda sərnişinlər qatardan düşürüldü -  AÇIQLAMA backend

Bu gün Bakı metrosunda qatarların hərəkətində gecikmə olub. 

“Bakı Metropoliteni” QSC bununla bağlı açıqlama verib.

"Bu gün saat 18:37-də “Həzi Aslanov – Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib.

Sərnişinlər “Nizami” stansiyasında düşürülüb. Bundan sonra depoya göndərilən qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

Qeyd edək ki, bu gün axşam saatlarında sözügedən istiqamətdə qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.

Diaspora