Pakistanda terrorçuların hücumu nəticəsində bir polis ölüb, ikisi yaralanıb

Pakistanda terrorçuların hücumu nəticəsində bir polis ölüb, ikisi yaralanıb backend

Pakistanın paytaxtı İslamabadda terrorçuların polis məntəqəsinə hücumu nəticəsində bir qanun keşikçisi ölüb, ikisi yaralanıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, hücum nəticəsində iki terrorçu da məhv edilib.

Hücuma görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Polis məntəqəsində hücumla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Diaspora